Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfərə gəlib.
Bu barədə "Kazinform" agentliyi Qazaxıstan Respublikası hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, 21 noyabr səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın cari məsələləri ilə bağlı bir sıra görüşlər planlaşdırılır.
Qonağı hava limanında Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.
QAZİLER.AZ



