Volqoqrad şəhərinin adı "Stalinqrad"la əvəz olundu

Volqoqrad şəhərinin adı "Stalinqrad"la əvəz olundu backend

Volqoqradın girişlərində "Stalinqrad" yazılmış yol nişanları peyda olub.

Qaziler.az bildirir ki, Rusiyanın Volqoqrad şəhərinin girişlərindəki əsas magistral yollarda "Stalinqrad" yazısı olan yol nişanları peyda oldu.

Lövhələr müvəqqəti olaraq quraşdırılıb — tədbir 19 noyabrda qeyd olunan Stalinqrad yaxınlığında əks-hücumun başlanmasının 83-cü ildönümünə təsadüf edir.

Qeyd olunur ki, Böyük Vətən Müharibəsi illərində yaddaqalan tarixlərin şərəfinə Volqoqrad ildə bir neçə dəfə yenidən Stalinqrad adlandırılır. 19 noyabrdan əlavə, bu, 2 və 23 fevral, 8 və 9 may, 22 iyun, 23 avqust, 2 və 3 sentyabr və 9 dekabrda baş verir. Ənənə 2022-ci ildə başlayıb.

QAZİLER.AZ