Polşada dəmir yolu partlayışında şübhəli bilinən bir neçə nəfər saxlanılıb

Polşada dəmir yolu partlayışında şübhəli bilinən bir neçə nəfər saxlanılıb backend

Polşa polisi hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində Varşava-Lyublin dəmir yolu xəttini partlatmaqda şübhəli bilinən bir neçə şəxsi saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə 19 noyabrda Polşa Kəşfiyyat Xidmətlərinin Koordinasiya Nazirinin mətbuat katibi Yaçek Dobjinski məlumat verib.

"Bir neçə nəfər saxlanılıb. Onlar dindirilir və terror hücumundakı rolları, belə desək, müəyyən edilir. Daha çox həbslərin olacağı istisna edilmir", -"TVP Info" Dobjinskinin mətbuat konfransından sitat gətirir.

Saxlanılanların dəqiq sayı, eləcə də onların vətəndaşlığı dəqiqləşdirilməyib. Kəşfiyyat və istintaq fəaliyyətləri, eləcə də sübutların toplanması və təhlili davam edir.

QAZİLER.AZ