Rusiyanın Çelyabinsk vilayətində məktəbli qız müəlliməsinə qayçı ilə xəsarət yetirib.
Qaziler.az bildirir ki, bu barədə Lenta.ru-ya Rusiya Federasiyasının (RF) region üzrə İstintaq Komitəsi məlumat verib.
Rusiya Cinayət Məcəlləsinin 293 ("Səhlənkarlıq") və 115 ("Qəsdən bədənə yüngül xəsarəti yetirmə") maddələri ilə cinayət işi açılıb.
İstintaq materiallarına görə, 14 yaşlı qız Kartalıdakı məktəbdə dərs zamanı müəllimin boynuna dırnaq qayçısı ilə zərbə endirib.
Hadisənin bütün hallarını müəyyən etmək üçün lazımi tədbirlər görülür. Həmçinin məhkəmə-tibbi ekspertizası təyin edilib. Təhsil müəssisəsi rəhbərliyinin fəaliyyətinə hüquqi qiymət veriləcək.
QAZİLER.AZ



