Moskvada otel yanıb

Moskvada otel yanıb backend

Moskvanın "Radisson Blu" otelində baş verən yanğın nəticəsində 400 nəfər təxliyə edilib.

Telegram kanalı Mash-ın məlumatına görə, Moskvadakı "Radisson Blu" Olimpiya otelində yanğın baş verib.

Oradan artıq 400 nəfər təxliyə edilib. Tüstü şəhər mərkəzindəki Samarskaya küçəsində yerləşən binanın üçüncü mərtəbəsindən çıxıb.

Hadisənin səbəbləri araşdırılır.

QAZİLER.AZ