Qazaxıstan dövlət başçısının sərəncamı ilə xidməti vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiyinə, ekstremal vəziyyətdə göstərdiyi cəsarət və fədakarlığa görə Astana təcili yardım stansiyasının feldşeri Mırzuan Uldana Qaldarxanqızı ölümündən sonra "Ерлігі үшін" medalı ilə təltif edilib.
Qaziler.az-ın Tengrinews.kz-a istinadən verdiyi məlumata görə, Astanada doqquzmərtəbəli binanın fasadından kərpic üzlük çöküb. Beş nəfər xəsarət alaraq 1 nömrəli xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri, 23 yaşlı feldşer Uldana Mırzauan ağır vəziyyətdə olub və əməliyyat olunub. Təəssüf ki, o, bu gün dünyasını dəyişib.
Qızın qohumlarının sözlərinə görə, xəsarət alanların köməyinə ilk tələsən o olub. Onların arasında uşaq, anası və qohumları da olub.
"Uldana dərhal alanların yanına qaçdı. Elə bu anda onun üzərinə kərpiclər və ora bərkidilmiş kondisioner düşdü."
Hadisədən sonra polis Cinayət Məcəlləsinin 278-ci maddəsi ("Keyfiyyətsiz tikinti") ilə cinayət işi açıb.
QAZİLER.AZ



