Zelenski sabah Ərdoğanla görüşəcək

Zelenski sabah  Ərdoğanla görüşəcək backend

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb. O, Ukrayna üçün ədalətli sülhə nail olmağın yollarını müzakirə etməyi planlaşdırır.

Qaziler.az bildirir ki, RBC-Ukrayna-nın məlumatına görə, Zelenski bu açıqlamanı İspaniya Baş naziri Pedro Sançeslə keçirdiyi mətbuat konfransında verib.

Zelenski sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb. O bildirib ki, danışıqlar zamanı iki tərəf Ukraynanın ədalətli sülhə nail olması üçün yol aça biləcək "maksimum imkanlar" üzərində işləyəcək.

"Türkiyə Prezidenti ilə yaxşı münasibətlərim var. Müzakirə edəcəyik. ABŞ-dan bəzi mövqelər və siqnallar var. Sabah görəcəyik", - deyə Zelenski bildirib.

O əlavə edib ki, söhbət iki tərəfin mövqelərinin nə dərəcədə uyğun olduğundan asılı olaraq görüş uzun və ya qısa ola bilər.

QAZİLER.AZ