Rusiyanın Kaluqa Hava Limanında təyyarələrin gəlişi və uçuşuna qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Qaziler.az bildirir ki, bu barədə 18 noyabrda Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") nümayəndəsi Artyom Korenyako məlumat verib.
"Kaluqa Hava Limanı (Qrabtsevo). Təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - Korenyako özünün Telegram kanalında yazıb.
Aydınlaşdırılıb ki, bu tədbir uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.



