Şeremetyevo və Vnukovo hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırılıb

Şeremetyevo və Vnukovo hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırılıb backend

Rusiyanın Şeremetyevo və Vnukovo hava limanlarında təyyarələrin gəlişi və uçuşuna qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Qaziler.az bildirir ki, bu barədə 18 noyabrda Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") sözçüsü Artyom Korenyako məlumat verib.

"Şeremetyevo Hava Limanı. Təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - Korenyako özünün Telegram kanalında yazıb.

Aydınlaşdırılıb ki, bu tədbir uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

QAZİLER.AZ