Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi siyahıya alınıb) "Rosfinmonitorinq" (Federal Maliyyə Monitorinqi Xidməti) terrorçu və ekstremist siyahısına əlavə edilib.
Qaziler.az bildirir ki, bu barədə idarənin rəsmi portalındakı məlumatda deyilir.
Keçmiş məmur 2004-cü ildə vəzifəsindən azad edilib.
İqtisadçı Sergey Quriyev (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi siyahıya alınıb) da "Rosfinmonitorinq" siyahısına əlavə edilib. Onun terrorçu və ekstremist siyahısına daxil edilməsinin səbəbi göstərilməyib.
QAZİLER.AZ



