Rada ədliyyə nazirinin istefasını dəstəklədi

Rada ədliyyə nazirinin istefasını dəstəklədi backend

Ukrayna Ali Radasının Hüquq Siyasəti Komitəsi ədliyyə naziri German Qaluşenkonun istefasını parlamentin müzakirəsinə təqdim etmək qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ali Radanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ali Rada artıq nazirin vəzifədən alınması ilə bağlı Baş nazirin təqdimatını, eləcə də Qaluşenkonun şəxsi istefa ərizəsini alıb.

Xatırladaq ki, 29 aprel 2021-ci ildə Ali Rada German Qaluşenkonu Ukraynanın energetika naziri təyin edilib. Baş nazir Denis Şmıqalın 16 iyul 2025-ci ildə istefasından və Yuliya Sviridenkonun rəhbərlik etdiyi yeni hökumətin qurulmasından sonra Qaluşenko energetika nazirliyindən ayrılıb və Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri olub.

QAZİLER.AZ