Balaşixada başı kəsilən oğlanın anası etiraf ərizəsi verib.
Rusiyanın Balaşixa şəhərində cəsədi tapılan uşağın anası qətl şübhəsi ilə həbs edilib. O, cinayəti etiraf edərək ifadə verib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 17 noyabrda Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat verib.
"Dindirilmə zamanı qadın uşağı öldürdüyünü boynuna alıb və etiraf məktubu yazıb, lakin səbəbini izah edə bilməyib", - idarənin Telegram kanalı bildirib.
İstintaq Komitəsinin məlumatına görə, qadın Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "c" bəndi ("Qətl") ilə həbs edilib. İstintaq hesab edirlər ki, şübhəli uşaqla birlikdə mənzildə olarkən onu öldürüb və sonra oğlanın bədən hissələrini Moskvadakı Qolyanovski gölməçəsinə atıb.
QAZİLER.AZ



