Rusiyanın Pokrovsk və Mirnoqrad planlarına qarşı tədbirlər hazırlanıb - Sırski

Rusiyanın Pokrovsk və Mirnoqrad planlarına qarşı tədbirlər hazırlanıb - Sırski backend

Rusiyalılar Pokrovsk və Mirnoqradda hündürmərtəbəli binalara girməyə çalışırlar. Ukrayna hərbi komandanlığı artıq düşmənin bu cür planlarına qarşı tədbirlər hazırlayıb.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə  Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Facebook"da yazıb.

General bildirib ki, o, Pokrovsk və Oçeretin istiqamətlərində, xüsusən də Pokrovsk-Mırnoqrad aqlomerasiyasında döyüşən bölmələrin komandirləri ilə işgüzar görüş keçirib.

"Məsuliyyət zonalarındakı əməliyyat vəziyyəti ilə bağlı məlumatlara qulaq asdım. Düşmən yaşayış məntəqələrinə və çoxmənzilli binalara soxulmağa və nəzarət zonalarını genişləndirmək üçün oradakı mövqelərini möhkəmləndirməyə cəhdlərini davam etdirir. Buna görə də düşmənin planlarına qarşı çıxmaq üçün bir sıra tədbirlər hazırlamışıq", - deyə Sırski qeyd edib.

QAZİLER.AZ