Moskvada avtomobil dayanacağın ikinci mərtəbəsindən düşüb - VİDEO

Moskvada avtomobil dayanacağın ikinci mərtəbəsindən düşüb - VİDEO backend

Moskvada sərnişinləri olan "Nissan" markalı avtomobil dayanacağın ikinci mərtəbəsindən düşərək aşıb.

Qaziler.az bildirir ki, qəzanın baş verdiyi yerdən görüntüləri "Shot" Telegram kanalı paylaşıb.

Yayımlanan görüntülərdə avtomobilin aşaraq damına düşdüyü görünür. Avtomobil ciddi mexaniki zədə alıb.

Kanalın məlumatına görə, qəza Yujnoye Çertanovo rayonundakı Qazoprovod küçəsində baş verib. Avtomobildə iki nəfər - sürücü və bir sərnişin olub.

Şahidlər bildirirlər ki, onlar qəzaya uğrayan nəqliyyat vasitəsindən xilas ediliblər və möcüzəvi şəkildə xəsarət almayıblar.

QAZİLER.AZ