Rusiyanın Kiyevə gecə hücumu nəticəsində ölənlərin sayı artdı

Rusiyanın Kiyevə gecə hücumu nəticəsində ölənlərin sayı artdı backend

Rusiyanın kütləvi birləşmiş hücumu nəticəsində Kiyevdə ölənlərin sayı artmaqda davam edir. Hazırda beş nəfərin öldüyü məlumdur.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"Yenilənmiş məlumata görə, gecə baş verən hücum nəticəsində ölənlərin sayı beşə çatıb. Ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm", - deyə o yazıb.

14 noyabr gecəsi Rusiya ordusu hücum dronları və Tsirkon, Kalibr, Kinjal və İskəndər də daxil olmaqla bir sıra raketlərdən istifadə edərək Ukraynanın vacib infrastrukturuna genişmiqyaslı hücum edib.

Kütləvi hücum nəticəsində çoxsaylı yaşayış binalarına və digər mülki obyektlərə ziyan dəydi.

QAZİLER.AZ