Noyabrın 14-də gecə Ukraynanın paytaxtına endirilən kütləvi hava hücumu nəticəsində Azərbaycan səfirliyinin binasına ziyan dəyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, diplomatik nümayəndəliyə "İsgəndər" raketinin qalıqları zərər vurub.
Zelenski qeyd edib ki, hücum qəsdən insanlara və mülki infrastruktura maksimum zərər vurmaq məqsədi daşıyıb.
"Hücum qəsdən insanlara və mülki infrastruktura mümkün qədər çox ziyan vurmaq üçün hesablanmışdı. Təkcə Kiyevdə onlarla hündürmərtəbəli binaya ziyan dəyib. Azərbaycan səfirliyinə "İsgəndər"in dağıntıları ziyan vurub", - deyə Ukrayna prezidenti bildirib.
QAZİLER.AZ



