Çanaqqalada yük maşını ilə traktorun toqquşması nəticəsində ər və arvad həlak olub
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Çanaqqalanın Ezine rayonunda yük maşını ilə toqquşan traktordakı ər və arvad həyatını itirib.
Çanaqqala-İzmir avtomobil yolunun Ezine-Geyikli kəsişməsində B.Ç.-nin idarə etdiyi yük maşını Nejdet Özcanın idarə etdiyi traktorla toqquşub.
Məlumat əsasında hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım briqadası göndərilib.
Qruplar traktor sürücüsü Nejdet və həyat yoldaşı Ayşe Özcanın hadisə yerində öldüyünü müəyyən ediblər.
Yük maşını sürücüsü B.Ç. polis tərəfindən saxlanılıb.
Ər-arvadın cəsədləri hadisə yerində müayinədən sonra Ezine Dövlət Xəstəxanasının morquna göndərilib.
QAZİLER.AZ



