Noyabrın 14-ü gecəsi Kiyevə kütləvi hücum nəticəsində üç nəfər həlak olub. Xilasedicilər hələ ki cəsədləri dağıntılar altından çıxara bilmirlər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev meri Vitali Kliçkonun Telegram kanalına istinadən məlumat yayıb.
"İlkin məlumata görə, paytaxtda üç nəfər həlak olub. Xilasedicilər hələ ki cəsədləri çıxara bilmədikləri üçün məlumatı dəqiqləşdiririk", - Kliçko deyib.
Ümumilikdə 26 şəhər sakini, o cümlədən 7 və 10 yaşlı iki uşaq yaralanıb.
Hamilə qadın da daxil olmaqla, doqquz nəfər xəstəxanaya yerləşdirilib. Qalanlarına yerində və ya ambulator yardım göstərilib.



