Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb.
Qaziler.az report-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub. Nazir pilotun yaxınlarına başsağlığı verib.
22:36
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi ilə əlaqənin kəsildiyini açıqlayıb.
Bu barədə "report" yerli mətbuata istinadən xəbər verir.
Nazirlik iki AT802 yanğınsöndürmə təyyarəsinin texniki xidmət üçün Xorvatiyaya yola düşdüyünü, lakin onlardan biri ilə əlaqənin kəsildiyini bildirib.
"Təyyarələr bu gün Türkiyə vaxtı ilə saat 17:38-də (GMT+3) Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönmə zamanı Rejika Hava Limanına eniş edib, Türkiyə vaxtı ilə saat 18:25-dədigər təyyarə ilə radio əlaqəsi kəsilib", - nazirliyin açıqlamasında bildirilir.
Nazirlik itkin düşmüş təyyarənin və pilotunun yerini müəyyən etmək üçün Xorvatiya hakimiyyəti ilə əlaqələndirilmiş şəkildə axtarış-xilasetmə işlərinə başlandığını açıqlayıb.



