Türkiyənin Niğde vilayətində də iki avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Niğdenin Çamardı rayonunda iki avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bir avtomobil Çamardı rayonundakı Niğde-Kayseri avtomobil yolunun kəsişməsində digər avtomobillə toqquşub.
Qəza yerinə jandarma, polis və təcili yardım briqadası göndərilib.
Qəzada iki sürücü, 7 sərnişin xəsarət alıb.
Sürücülərdən biri, eyni nəqliyyat vasitəsində olan iki sərnişin təcili yardım maşını ilə Niğde Ömer Halisdemir Universiteti Təlim və Araşdırma Xəstəxanasına aparılıb. Tibbi müdaxiləyə baxmayaraq, yaralıları xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
QAZİLER.AZ



