Bu gün cəbhə xəttində ən şiddətli döyüşlər Donetsk, Xarkov və Zaporojye bölgələrindəki yeddi şəhər ətrafında davam edir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin Telegram hesabına istinadən məlumat verib.
Xüsusilə, o, Fransa Baş Qərargah rəisi Fabyen Mandonla danışığı və ona döyüş zonalarındakı vəziyyət barədə məlumat verib.
"Cəbhə xəttində vəziyyət çətin olaraq qalır. Ən şiddətli döyüşlər Kupyansk, Liman, Seversk, Konstantinovka, Pokrovsk, Mirnoqrad və Qulyaypol ərazilərində davam edir", - Sırski qeyd edib.
QAZİLER.AZ



