Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinə təşəkkür məktubu göndərib.
Qaziler.az bildirir ki, bu barədə 13 noyabrda Tokayevin mətbuat xidməti onun Telegram kanalında məlumat verib.
"Etimad, açıqlıq və qarşılıqlı anlaşma mühiti səfərin tam uğuruna töhfə verib və Qazaxıstan xalqı tərəfindən böyük sevinclə qarşılanıb", - məlumatda deyilir.
Bundan əlavə, o, Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirilməsi haqqında Bəyannamənin xüsusi əhəmiyyətini də qeyd etdi.
Tokayevin sözlərinə görə, bu sənəd dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.
QAZİLER.AZ



