"Polis müharibələri", "Şərti polis" və "Nevski" teleseriallarındakı rolları ilə tanınan aktyor İvan Firsov 57 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə onun dostu Yuliya 12 noyabrda məlumat verib.
"İvan Firsov 10 noyabrda vəfat edib", - o, aif.ru-ya bildirib.
Mənbə aktyorun ölüm səbəbinin xərçəng olduğunu bildirib.
Firsov 30 yanvar 1968-ci ildə Leninqradda anadan olub. Onun aktyorluq karyerası 2010-cu ildə "Doznavatel" teleserialındakı rolla başlayıb. O, "Polis müharibələri-9", "Dəniz şeytanları. Xüsusi tapşırıq" və digər seriallar da daxil olmaqla 20-dən çox layihədə rol alıb.
QAZİLER.AZ



