Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri Türkiyəyə göndəriləcək

Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri Türkiyəyə göndəriləcək backend

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarəmizlə bağlı axtarış-xilasetmə və qəza qrupları işlərini davam etdirir.

Apa xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

Onun sözlərinə görə, təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

O, hadisə ilə bağlı operativ reaksiya və dəstəyə görə Gürcüstan hakimiyyətinə təşəkkür edib.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.