Tokayev Rusiyaya dövlət səfərinin xüsusi əhəmiyyətini vurğuladı - VİDEO

Tokayev Rusiyaya dövlət səfərinin xüsusi əhəmiyyətini vurğuladı - VİDEO backend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya dövlət səfərinin xüsusi əhəmiyyətini vurğulayıb.  O, bu səfərin ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırdığını söyləyib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, o, bu barədə noyabrın 12-də Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə bildirib.

“Bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini yeni səviyyəyə qaldırdığı üçün münasibətlərimizin tarixində xüsusi əhəmiyyət kəsb edir. Və bu gün imzalanacaq bəyannamə məhz belə adlanır - əməkdaşlığı yeni səviyyəyə qaldırmaq", - Tokayev bildirib.

QAZİLER.AZ