Türkiyədə dəhşətli qəza: Eyni ailədən 3 nəfər həyatını itirdi - VİDEO

Türkiyədə dəhşətli qəza: Eyni ailədən 3 nəfər həyatını itirdi - VİDEO backend

Ankaranın Kahramankazan rayonunda baş verən yol qəzasında bir körpə də daxil olmaqla, eyni ailədən üç nəfər həyatını itirib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Serhat Yalçının idarə etdiyi yüngül kommersiya avtomobili Yıldırım Bəyazid məhəlləsində yol kənarında dayanmış tankerə çırpılıb.

Məlumatdan sonra əraziyə polis, 112 Təcili Yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Yüngül nəqliyyat vasitəsində sıxışıb qalan sürücü, həyat yoldaşı Kinem və bir yaşlı körpələri Lorin Yalçın yanğınsöndürənlər tərəfindən çıxarılıb.

33 yaşlı ata, 26 yaşlı ana və körpələri Kahramankazan Dövlət Xəstəxanasına aparılıb, lakin bütün səylərə baxmayaraq, onları xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ