Rusiyada qəribə hadisə baş verib.
Blaqoveşçenskdə oğurluğa girdiyi mənzildə yuxuya gedən qarətçi gecə növbəsindən qayıdan ev sahibəsi tərəfindən aşkar edilib.
Qaziler.az bildirir ki, bu barədə 7 noyabrda Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə saytında məlumat verilib.
"Şübhəli "zəruri" əşyaları - televizoru və digər əşyaları torbalara yığıb, lakin ev sahibinin uzun müddət evdə olmayacağını güman edərək dincəlməyə qərar verib və yuxuya gedib", - deyə idarə qeyd edib.
Polis oğurluğa cəhd edən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, əvvəllər oğurluq və narkotik ticarəti ilə bağlı məşğul olan 45 yaşlı yerli sakindir.
QAZİLER.AZ



