İstanbulda metrobusda yanğın

İstanbulda metrobusda yanğın backend

İstanbulun Eyüpsultan bölgəsində metrobusun mühərrik hisssəsində baş verən yanğın söndürülüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ədirnəkapı dayanacağında Zincirlikuyu istiqamətində hərəkət edən metrobusun mühərrik hissəsində yanğın baş verib.

Xəbərdən sonra sərnişinlər təxliyə edilib və yanğınsöndürənlər hadisə yerinə göndərilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və metrobus xidməti müvəqqəti olaraq dayandırılıb.

Mühərrik hissəsi yanan metrobus evakuatorun köməyi ilə yoldan çıxarılıb və xidmətlər normal vəziyyətə qayıdıb.

QAZİLER.AZ