Pavloqrad və Dneprdə dron hücumu nəticəsində partlayışlar baş verib

Pavloqrad və Dneprdə dron hücumu nəticəsində partlayışlar baş verib backend

Rusiya qüvvələri Dnepropetrovsk bölgəsinə kütləvi dron hücumu həyata keçirib. Pavloqradda partlayışlar baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  məlumat verib.

Düşmənin kütləvi dron hücumu fonunda Dnepropetrovsk bölgəsinin Pavloqrad şəhərində partlayış səslərinin eşidildiyi bildirilib.

Daha sonra kamikadze-dron hücumundan sonra şəhərin elektriksiz qaldığı bildirilib.

Daha sonra Dneprdə də dron hücumu zamanı partlayışlar baş verdi.

Monitorinq məlumatlarına görə, Ukrayna üzərində ən azı 30 dron aşkar edilib. Onların hamısı Pavloqrada doğru gedir.

QAZİLER.AZ