Gürcüstan ABŞ ilə münasibətləri yenidən nəzərdən keçirmək istəyir

Gürcüstan ABŞ ilə münasibətləri yenidən nəzərdən keçirmək istəyir backend

Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri açıq şəkildə nəzərdən keçirməyə hazırdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə Gürcüstana qarşı təhdidlər edilib və Tbilisi bunu qəbuledilməz hesab edib. Kaladze vurğulayıb ki, Gürcüstan müstəqil bir ölkədir və bir çox nəsillər bunun uğrunda mübarizə aparıb.

Siyasətçi əlavə edib ki, Gürcüstanın hakim partiyası ilə hazırkı ABŞ prezidenti Donald Trampın administrasiyasının mövqeləri əsasən üst-üstə düşür.

QAZİLER.AZ