Litva Belarusla sərhədin açılması şərtini açıqlayıb

Litva Belarusla sərhədin açılması şərtini açıqlayıb backend

Litva Parlamentinin sədri Yuozas Olekas bildirib ki, Belarusla sərhəd hava şarları ilə qaçaqmalçılıq problemi həll edildikdən sonra açılacaq.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 5-də LRT radiosu məlumat verib.

"İndi görülən tədbirlər təsir edəcək - son günlərdə heç bir hava şarları olmayıb. Biz hələ də həyatın davam etməsini və sərhədlərin bir gün yenidən açılmasını istəyirik.", - Oleks yerli radiostansiyaya verdiyi müsahibədə bildirib.

Siyasətçi sərhədin bağlanmasının qaçaqmalçılığın qarşısını almağa kömək etdiyini, lakin normal həyat üçün çətinliklər yaratdığını qeyd etdi. Olekas həmçinin Mərkəzi Asiya ölkələrindən yüklərin Litvadan keçdiyi üçün sərhədyanı yük daşımalarının bərpasının vacibliyini vurğuladı.

QAZİLER.AZ