Ukraynada İnquşetiya Respublikasının rəhbəri Rusiya işğalçılarını maliyyələşdirməkdə ittiham edilərək qiyabi olaraq məhkum edilib. O, əmlakı müsadirə olunmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Çernovtsı Vilayət Prokurorluğunun açıq ittiham aktından sonra məhkəmə İnquşetiya Respublikasının rəhbərini qiyabi olaraq məhkum edib.
O, Konstitusiyanı pozaraq Ukrayna ərazisinin və ya dövlət sərhədlərini dəyişdirməyə yönəlmiş hərəkətləri maliyyələşdirməkdə (Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 3-cü hissəsi) təqsirli bilinib.
Məmur əmlakı müsadirə olunmaqla 8 il müddətinə azadlıqdan məhrum edilib.
QAZİLER.AZ



