Rusiyanın hava limanında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb

Rusiyanın hava limanında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb backend

Yaroslavl hava limanında təyyarələrin qəbulu və uçuşuna qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 5-də Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artyom Korenyako məlumat verib.

"Yaroslavl hava limanı (Tunoşna). Təyyarələrin qəbulu və buraxılışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - deyə o, Telegram kanalında yazıb.

Məhdudiyyətlər həmin gün bir qədər əvvəl elan edildi və uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu qeyd olunub.

QAZİLER.AZ