Türkiyədə minik avtomobili ilə mikroavtobus toqquşub, 11 nəfər xəsarət alıb

Türkiyədə minik avtomobili ilə mikroavtobus toqquşub, 11 nəfər xəsarət alıb backend

Türkiyənin Hatay bölgəsinin mərkəzi Antakya rayonunda minik avtomobili və mikroavtobus toqquşub. Qəza nəticəsində 11 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Antakya-Samandağ avtomobil yolunun Ekinci məhəlləsində avtomobil və mikroavtobus toqquşub.

Qəzada iki sürücü və mikroavtobusda olan doqquz nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis göndərilib.

Yaralılar təcili tibbi yardım tərəfindən Hatay Təlim və Araşdırma Xəstəxanasına aparılıb.

QAZİLER.AZ