Siyarto AB-nin Ukraynanın üzvlüyü ilə bağlı planlarına münasibət bildirib

Siyarto AB-nin Ukraynanın üzvlüyü ilə bağlı planlarına münasibət bildirib backend

Macarıstan, Baş nazir Viktor Orbanın  "milli hökuməti" tərəfindən idarə olunduğu müddətcə, Ukraynanın Avropa Birliyinə qoşulmasının sürətlənməsinə razılıq verməyəcək.

RBC-Ukraynanın məlumatına görə, Macarıstanın xarici işlər naziri Peter Sijjarto bunu 4 noyabrda açıqlayıb.

Siyarto, Avropa Komissiyasının AB-nin genişlənməsi və Brüsselin 2025-ci ilin sonuna qədər Kiyevlə üzvlük danışıqlarına başlamaq niyyəti ilə bağlı yeni hesabatını şərh edərkən, həmişəki isterik şəkildə cavab verib.

Macarıstanlı nazir bildirib ki, Macarıstanda "milli hökumət" olduğu müddətcə Budapeşt Ukraynanın Avropa Birliyinə qoşulmasınnın sürətlənməsinə razılıq verməyəcək. Siyarto həmçinin, açıqlamalarında guya artıq Ukraynanın "AB-də olmayacağına" "qərar vermiş" "macar xalqına" istinad edib.

QAZİLER.AZ