Putin Ukraynada döyüşən əsgərin oğluna söz verdi

Putin Ukraynada döyüşən əsgərin oğluna söz verdi backend

Rusiya Prezidenti Vladimir Putin Ukraynada apardığı müharibədə döyüşən Tuva Respublikasından olan əsgərin 11 yaşlı oğlu Dorju-Maadır Donqaka kadet məktəbinə qəbul olunmasına kömək edəcəyinə söz verib.

Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

"Alınmayıb? Düzəldəcəyik. Biz onu düzəldəcəyik, elə deyilmi? İndi güclü əlaqələrin var, hər şeyi edəcəyik", - deyə prezident oğlana söz verib.

Məktəbli Rusiya liderinin təklifini razılıqla qarşılayib.

QAZİLER.AZ