Rusiyalı aparıcı Yuri Nikolayev vəfat edib

Rusiyalı aparıcı Yuri Nikolayev vəfat edib backend

Rusiyanın televiziya aparıcısı Yuri Nikolayev 76 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə balet artisti Nikolay Tsiskaridze bu barədə noyabrın 4-də özünün Telegram kanalında məlumat verib.

Tsiskaridze həmçinin Nikolayevi bir çox televiziya ulduzuna ilham verən şəxs adlandırıb. Sənətçi ölüm səbəbini açıqlamayıb.

Həmin günün əvvəlində "İzvestiya" qəzetinin mənbəyi teleaparıcının səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. Həkimlər onu reanimasiyaya götürüblər. Mənbənin sözlərinə görə, Nikolayev uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Yuri Nikolayev 16 dekabr 1948-ci ildə Kişinyovda anadan olub.  1975-ci ildən 1991-ci ilə qədər Sovet televiziyasının ən populyar proqramlarından biri olan "Səhər poçtu" musiqi proqramının daimi aparıcısı olub.

1991-ci ildə "UNIX" prodüser şirkətini təsis edib və 2003-cü ilə qədər "Səhər Ulduzu" verilişinin daimi aparıcısı oldu. O, həmçinin "Melodiyanı tap!" verilişinin yaradılmasında və istehsalında iştirak etmiş, "Buz üzərində rəqs", "Ulduzlarla rəqs" və "Respublikanın irsi" verilişlərinin aparıcısı olmuşdur.

QAZİLER.AZ