Rusiya İtaliyaya Rusiya əleyhinə media kampaniyasına etirazını bildirib.
Rusiyanın İtaliyadakı səfirliyi Rusiya əleyhinə media kampaniyası ilə bağlı ölkənin Xarici İşlər Nazirliyinə etiraz edib.
Qaziler.az bildir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Romadakı "Torre dei Conti" qülləsinin uçmasından sonra verdiyi açıqlama olub. O, Avropa dövlətinin vergi ödəyicilərinin pullarını Ukraynanı dəstəkləməyə xərcləməyə davam edəcəyi təqdirdə "iqtisadiyyatdan tutmuş qüllələrə qədər hər şeyi çökdürəcəyini" qeyd edib.
"Romanın başlatdığı kobud və iyrənc anti-Rusiya media kampaniyası ilə əlaqədar olaraq güclü etiraz bildirilib", - məlumatda deyilir.



