Müdafiə naziri: Ermənistan hərbi-texniki razılaşmalara yenidən baxacaq

Müdafiə naziri: Ermənistan hərbi-texniki razılaşmalara yenidən baxacaq backend

Ermənistan silah və hərbi texnika alışını davam etdirəcək, ancaq Azərbaycanla avqustun 8-də əldə edilmiş Vaşinqton razılaşmalarını nəzərə alacaq.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan bildirib.

Onun sözlərinə görə, İrəvan və Bakının ABŞ-də əldə etdiyi razılaşmalar mühümdür və onların öz nəticələri olacaq.

Eyni zamanda, nazir qeyd edib ki, Ermənistanın Hindistanla "Su-30MK" qırıcılarının alınması barədə razılaşması yoxdur.

Daha əvvəl Hindistan KİV-ləri məlumat yaymışdı ki, İrəvan bu döyüş maşınlarından 8-12 ədəd almaq niyyətindədir. Sazişin məbləğinin 2,5-3 milyard dollar olduğu da bildirilirdi.