Əfqanıstanda baş verən zəlzələ Məzari-Şərif məscidini qismən dağıdıb - VİDEO

Əfqanıstanda baş verən zəlzələ Məzari-Şərif məscidini qismən dağıdıb - VİDEO backend

Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən Göy Məscid zəlzələ nəticəsində qismən zərər görüb.

Qaziler.az bildirir ki, AVA xəbər agentliyinin 3 noyabrda verdiyi məlumata görə,

"Məqbərənin təhlükəsizlik rəsmiləri müxbirimizə bildiriblər ki, dünənki zəlzələ məscidin xarici fasadının bəzi hissələrinin dağılmasına səbəb olub. Onların sözlərinə görə, bəzi kirəmitlər və minarələr uçub", - deyə məlumatda qeyd olunub.

Agentliyin məlumatına görə, binanın daxili strukturlarında, o cümlədən günbəz və əsas sütunlarda heç bir görünən ziyan yoxdur.

Gazeta.Ru-nun qeyd etdiyi kimi, Göy Məscid Əfqanıstanın tarixi binalarından biri hesab olunur. Bərpa işləri sayəsində orijinal memarlıq elementləri, o cümlədən "Əli Allahın aslanıdır" yazısı olan mərmər lövhə qorunub saxlanılıb.

QAZİLER.AZ