Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb

Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb backend

Kamçatka sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Kamçatkanın cənub-şərq sahillərində 6,2 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Qaziler.az bildirir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin yerli şöbəsinin məlumatında deyilir.

Yerli sakinlər "Rixter" şkalası üzrə 4,0 bal gücündə zəlzələ hiss ediblər. Sunami təhlükəsi barədə məlumat verilməyib.

Tədqiqatçılar qeyd ediblər ki, zəlzələlər Petropavlovsk-Kamçatskidən 154 kilometr aralıda, Sakit Okeanda qeydə alınıb. Zəlzələnin episentri 22,3 kilometr dərinlikdə yerləşib.

İlk zəlzələdən 30 dəqiqə sonra daha dörd təkan qeydə alınıb.

QAZİLER.AZ