"İzvestiya"nın jurnalisti Mariya Frolova 2 noyabr 2025-ci ildə 33 yaşında vəfat edib
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, onun ölümü haqda əri Aleksey Ştaynert məlumat verib
Mariya 17 iyul 1992-ci ildə Yaroslavlda anadan olub. O, Moskva Dövlət Mədəniyyət İnstitutunda təhsil alıb. rusiyanın bir sıra regional və federal media orqanlarında çalışıb.
Frolova artıq tanınmış jurnalist kimi 2021-ci ildə "İzvestiya"nın redaksiya heyətinə qoşulub. O, vacib sosial məsələlərə diqqət yetirib: tibb, təhsil və elmi tədqiqatlar.
"O, həmişə ən çətin redaksiya tapşırıqlarını yerinə yetirməyə hazır olub və həmkarlarına köməkçi olub. Mariya Frolovanın məqalələri mövzunun hərtərəfli işıqlandırılması, məlumatı dərindən araşdırması ilə seçilib", - məlumatda deyilir.
QAZİLER.AZ



