Ermənistanın Tavuş vilayətinin Aqarçin kəndində sərnişin avtobusu dərəyə düşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 18 nəfər xəsarət alıb.
Bildirilib ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
İlkin məlumata görə, avtobusda Valeri Bryusov adına İrəvan Dövlət Universitetinin tələbələri olub.



