Baş nazir İrakli Kobaxidze bildirib ki, Tbilisi 2030-cu ilə qədər Avropa İttifaqının bürokratik yanaşmalarının dəyişəcəyini və Gürcüstanın AB üzvlüyünün ölkə üçün daha faydalı olacağını gözləyir.
Qaziler.az xəbər verir ki, bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri məlumat yayıb.
O xatırladıb ki, 2024-cü ilin yayında AB xarici təsir şəffaflığı haqqında qanuna görə Gürcüstanla strateji dialoqu dayandırıb.
“Ümid edirik ki, 2030-cu ilə qədər Avropa bürokratiyası dəyişəcək və sonra AB-yə üzvlük Gürcüstan üçün faydalı olacaq”, - deyə İrakli Kobaxidze bildirib.
QAZİLER.AZ



