Ukrayna Rusiyaya uzaqmənzilli raketlərlə zərbələr endirməyə hazırlaşır - Zelenski

 Ukrayna Rusiyaya uzaqmənzilli raketlərlə zərbələr endirməyə hazırlaşır -  Zelenski backend

Ukrayna Silahlı Qüvvələri yaxın gələcəkdə Rusiya Federasiyasındakı prioritet hədəflərə qarşı yeni uzaqmənzilli zərbələr endirməyə hazırlaşır.

Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri ilə birlikdə yaxın gələcəkdə uzunmüddətli sanksiyalarımız üçün prioritet hədəflər müəyyən etmişik. Onların hamısını mütləq tətbiq edəcəyik”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna strateji əhəmiyyətli Rusiya hədəflərinə hücum etmək üçün uzaqmənzilli dron və raketlərdən fəal şəkildə istifadə edir.

QAZİLER.AZ