"Ən cazibədar və cəlbedici" filminin rejissoru vəfat edib

"Ən cazibədar və cəlbedici" filminin rejissoru  vəfat edib backend

"Ən cazibədar və cəlbedici" filminin rejissoru Gerald Bejanov vəfat edib.

Kinorejissor, ssenarist və prodüser Gerald Bejanov 85 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, Rusiya Kinematoqrafçılar İttifaqı bu barədə 31 oktyabrda özünün Telegram kanalında məlumat verib.

 "Bədii film rejissoru, prodüser, ssenarist, aktyor, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, RSFSR-in Əməkdar Artisti (1990) və Dostluq Ordeni (2010) laureatı Gerald Bejanov 85 yaşında vəfat edib", - məlumatda deyilir.

Bejanov 1985-ci ildə "Ən cazibədar və ən cəlbedici" filminin nümayişindən sonra geniş şöhrət qazanıb.

QAZİLER.AZ