Rusiya Ukraynada bu yaşayış məntəqəsinin 12 kvadrat kilometrdən çox hissəsini ələ keçirib

Rusiya Ukraynada bu yaşayış məntəqəsinin 12 kvadrat kilometrdən çox hissəsini ələ keçirib backend

Dnepropetrovsk vilayətindəki Novooleksandrovka yaşayış məntəqəsinin ələ keçirilməsi zamanı Rusiya Silahlı Qüvvələri 12 kvadrat kilometrdən çox ərazini nəzarətə götürüb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi 31 oktyabrda məlumat verib.

Nazirliyin açıqlamasında deyilir: "Ümumi sahəsi 12 kvadrat kilometrdən çox olan düşmənin müdafiə sahəsi "Vostok" qoşun qrupunun bölmələrinin nəzarəti altına keçib və təxminən 100 tikili təmizlənib".

Qeyd olunur ki, hücum zamanı Ukrayna Silahlı Qüvvələri (USQ) dronlardan, minaatanlardan və artilleriyadan fəal şəkildə istifadə edib. Müdafiə Nazirliyi Rusiya ordusunun Dnepropetrovsk və Zaporojye bölgələrində hücumunu davam etdirdiyini və mövcud xətləri gücləndirdiyini vurğulayıb.

QAZİLER.AZ