Rusiyanın Sverdlovsk vilayətində məktəbli qızlar sosial mediada paylaşılan videoya görə təqaüdçüyə hücum ediblər.
Qaziler.az bildirir ki, bu barədə Bu barədə "Readovka" Telegram kanalı məlumat verir.
Kamensk-Uralskidə məktəbli qızlar internet-xayp üçün yaşlı bir kişini vurublar. Mənbənin sözlərinə görə, video internetdə yayımlandıqdan sonra iştirakçılardan biri "təsir altında" olduğu üçün üzr istəmək niyyətində olmadığını bildirib.
Görüntülərdə qızlardan birinin təqaüdçüyə arxadan yaxınlaşdığı, ayaqlarına təpik vurduğu və yerə yıxdığı, dostlarının isə güldüyü görünür.
Məlumatda bildirilir ki, regional Daxili İşlər Nazirliyi artıq araşdırmaya başlayıb və hücum edənlərin şəxsiyyətini müəyyənləşdirir.
QAZİLER.AZ



