Kiyevdə "Ukrpoçta"da partlayış baş verib - Xəsarət alanlar var

Kiyevdə "Ukrpoçta"da partlayış baş verib - Xəsarət alanlar var backend

Oktyabrın 30-da Kiyevin Solomenski rayonundakı "Ukrpoçta"un ərazisində partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Polis əvvəlcə partlayışın poçt operatorunun çeşidləmə mərkəzində bağlama yoxlaması zamanı baş verdiyini bildirib.

Hüquq-mühafizə orqanları əlavə edib ki, "Hadisədə beş poçt işçisi yaralanıb və tibb işçiləri onlara yardım edir".

İstintaq qrupu, bomba zərərsizləşdirmə mütəxəssisləri və tibb işçiləri artıq hadisə yerindədirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırırlar.

QAZİLER.AZ