Gürcüstan prezidenti ölkənin AB-yə üzv olmaq istəyini dəstəklədi

Gürcüstan prezidenti ölkənin AB-yə üzv olmaq istəyini  dəstəklədi backend

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ölkənin Avropa Birliyinə (AB) qoşulmaq istəklərini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu açıqlamanı “Acarıstan” televiziya kanalına verdiyi müsahibədə deyib.

"Biz Avropa Birliyinin üzvü, Avropanın bir hissəsi olmaq istəyirik. Avropanın bir hissəsi olmaq əcdadlarımızın arzusudur. Bir çox nəsillər bunu arzulayıb və ölkəmiz Avropanın tamhüquqlu üzvü olmaq üçün bir çox çətinliklərdən keçib", - deyə o bildirib.

Kavelaşvili əlavə edib ki, Gürcüstanın Avropa Birliyinə aparan yolu öz dəyərlərinin və kimliyinin qorunması ilə müşayiət olunmalıdır.

QAZİLER.AZ